Səbail rayonunun Badamdar qəsəbəsində Abbas Abbaszadə küçəsi ilə II massiv 3-cü küçəni birləşdirən yolda təmir işləri aparılır.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "İki sahil"ə verilən məlumata görə, 510 metr uzunluğa malik olan yolun eni ortalama 8 metrdir.
Aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, təmir işləri çərçivəsində yolboyu köhnə asfalt beton örtüyü frezlənib, zəruri olan yerlərdə 230 p/m yeni bordür düzülüb.
Hazırda ərazidə yeni asfalt örtüyünün döşənməsi icra olunur.
Layihənin sonuncu mərhələsində yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılacaq, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, cari ildə Səbail rayonu üzrə ümumi uzunluğu 5 km təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur.
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib
2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama