İtaliya A Seriyasında ötən ayın ən yaxşı futbolçusu bəlli olub.
“İki sahil” yarışın rəsmi saytına istinadla xəbər verir ki, bu ada "Napoli"də çıxış edən Xviça Kvaratsxeliya layiq görülüb.
21 yaşlı hücumçu səsvermədə "Roma"dan Paulo Dibalanı, "Atalanta"dan Ten Kopmeynersi, "İnter"dən Lautaro Martinesi və "Yuventus"dan Duşan Vlahoviçi qabaqlayıb.
Gürcüstanlı forvard avqustda A Seriyasında 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Kvaratsxeliya cari mövsüm çempionatda 4 qola imza atıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB