Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb.
Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, ənənəvi olaraq keçirilən qəbulda idmançıları salamlayan F.Qayıbov son bir ayın onların növbəti uğurları ilə yadda qaldığını bildirib.
Görüşdə paracüdo, cüdo, ağırlıqqaldırma, karate idman növləri üzrə Avropa və dünya çempionatlarında uğurla çıxış etmiş idmançılar qazandıqları nəticələr və qarşıdakı yarışlara hazırlıqları barədə danışıblar.
Təəsüratları dinləyən nazir təcrübəli idmançıların uşaq və yeniyetmələrə nümunə olduğunu vurğulayıb və onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB