15 sentyabr 2022 14:00
597

Ermənistan parlamentində  DAVA/VİDEO

Bu gün Ermənistan parlamentində dava düşüb.

“İki sahil” xəbər verir ki, "Hayastan" fraksiyasının deputatı Qeqam Manukyanın çıxış edərkən hakimiyyət əleyhinə sərt ifadələr sələndirib.

“Mən bura on minlərlə soydaşımızın, bir neçə saat ərzində kortəbii şəkildə Baqramyan prospektinə axışan insanların sözlərini sizə çatdırmaq üçün gəlmişəm. Dövlətçiliyin məhv edilməsi təhlükəsi ilə üz-üzəyik. Dəhşətli vəziyyət yaranıb. Yalnız bir çıxış yolu var: yeni hökumət, yeni hakimiyyət, bizi bu vəziyyətdən çıxara biləcək yeni baş nazir gəlsin. Nikolu xilas etməyin vaxtı deyil. Vətəni xilas etməyin vaxtıdır... Bir anlıq düşünün ki, hamınıza satqın damğası vurulacaq”, - deputat parlament üzvlərinə müraciət edib. Bundan sonra parlamentdə vəziyyət gərginləşib.