15 sentyabr 2022 14:46
585

Putini bu dəfə də onu gözlədi VİDEO

Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşü keçirilir.

“İki sahil” xəbər verir ki,  Səmərqəndə səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin də bir neçə ikitərəfli görüşlər keçirib.

Bu görüşlərdən biri də Qırğızıstan Prezidenti Sadır Japarovla olub. Görüş maraqlı detalla yadda qalıb. Belə ki, görüşlərə gecikməsi ilə tanınan Vladimir Putini bu dəfə Sadır Japarov gözlədib. Bu hal isə kameralardan yayınmayıb. Putin qırğız həmkarını yarım dəqiqə gözləməli olub.