16 sentyabr 2022 00:59
714

Zehni sağlamlıq üçün muzey ziyarəti?

“Gündə bir alma həkimi uzaqlaşdırır” deyimini hamımız eşitmişik, amma artıq yenisini eşitməyə hazır olun: "Həftədə bir muzey psixi sağlamlığı zirvəyə çatdırır." Belçika psixiatrları bu nəticəyə gəliblər. Onlar tezliklə xəstələrinin psixi sağlamlıq reseptlərinə “pulsuz muzey ziyarətləri” yazmağı düşünürlər.

Brüsseldə başlanan pilot layihə ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmasının nəticələri həyata keçiriləcək.

ÜST-ün araşdırması nəticəsində məlum olub ki, muzey ziyarətləri insanların stresini azaldır və həyatı daha mənalı edir.

Layihə həm də aztəminatlı insanların mədəni fəaliyyətlərə çıxış imkanlarını artırmaq məqsədi daşıyır.

Nubar Süleymanova, “İki sahil”