Sentyabrın 12-də və 13-ə keçən gecə Azərbaycana qarşı son təxribatı zamanı Ermənistanın 5 qadın hərbçisi məhv edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumatı Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyib.
Qeyd edilir ki, sentyabrın 13-də baş verən hərbi əməliyyatlar zamanı qadın hərbi qulluqçular və polislər - Susanna Qriqoryan, Anuş Apetyan, Alisa Melkonyan, İrina Qasparyan məhv ediliblər.
Qeyd edək ki, Alisa Melkonyan aprel döyüşlərində məhv edilmiş Qaqik Melkonyanın bacısıdır.
Vuçiç öz xalqına və ölkə vətəndaşlarına sədaqətlə xidmət etmiş insan kimi vəzifədən gedir