19 sentyabr 2022 11:00
753

Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var VİDEO

Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var.

“İki sahil” xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota Prius" markalı avtomobil ağır tonnajlı maşına çarpılıb. Nəticədə "Toyota Prius" markalı avtomobilin sürücüsü və sərnişini ölüb.

Faktla bağlı araşdırma aparılır.