Bakıda naməlum şəxs marşrut avtobusuna hücum edib.
“İki sahil” xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. Orta yaşlı şəxs səhər saat 06:30 radələrində 85 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobusa yaxınlaşaraq sürücüyə qarşı xuliqanlıq hərəkətləri edib. O, sürücüyə və avtobusa zərbələr endirib. Nəqliyyat vasitəsinin şüşələrini sındırıb.
Baş vermiş hadisə ilə bağlı polisə müraciət edilib. Araşdırma aparılır.
Təhsil müəssisələrinin akkreditasiya prosesində ən çox rast gəlinən ÇATIŞMAZLIQLAR HANSILARDIR?
Akkreditasiyası prosesində əsas diqqət hansı göstəricilərə yönəldilir?- SƏDR AÇIQLADI