23 sentyabr 2022 00:34
291

Almeyda Qazaxıstana qarşı oyunda iştirak edə bilməyəcək

Azərbaycan millisinin futbolçusu Riçard Almeyda cəzalı duruma düşüb.

“İki sahil” xəbər verir ki,  buna Braziliya əsilli yarımmüdafiəçinin səfərdə Slovakiyaya qarşı keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyununda sarı vərəqə görməsi səbəb olub.

Cari mövsümdə ikinci dəfə xəbərdarlıq alan 33 yaşlı oyunçu Qazaxıstana qarşı qrupun son görüşünü buraxacaq.