24 sentyabr 2022 15:31
1242

Mətbuat Şurasının yeni sədri seçilib - YENİLƏNİB

Bu gün Mətbuat Şurasının VIII qurultayı keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi: 

İctimaiyyət nümayəndələrindən Əflatun Amaşov, Müşfiq Ələsgərli, Umud Mirzəyev, Yadigar Məmmədli, Bəhruz Məmmədzadə, Qulu Məhərrəmli, Vüqar Zivəroğlu, Fərid Pərdəşünas, Ceyhun Musaoğlu, jurnalistlərdən isə Vüqar Rəhimzadə, Hacıbəy Heydərli, Azər Həsrət, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Vüsalə Mahirqızı, Səadət Məmmədova, Niyaz Niftiyev, Elşad Eyvazlı, Aqil Ələsgər, Rauf Arifoğlu, Alqış Musayev İdarə Heyətinin üzvləri kimi seçilib.

Qurultayda səsvermə yolu ilə Mətbuat Şurasının sədri vəzifəsinə Rəşad Məcid seçilib.

***

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsvermə keçirilir.

“İki sahil” xəbər verir ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları Muğam Mərkəzindəki kabinəyə keçərək səsvermədə iştirak edirlər.

Səsvermə başa çatandan yaxın müddət sonra səsvermənin nəticələri elan olunacaq.

***

Azərbaycan Mətbuat Şurasının VIII qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

“İki sahil” xəbər verir ki, səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək.

3 nəfərdən ibarət Mandat komissiyası da formalaşıb. Həmçinin 7 nəfərdən ibarət Say komissiyasının tərkibi qurultay iştirakçılarının təkidi ilə 9-a çatdırılıb.

***

Azərbaycan Mətbuat Şurasının VIII qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

“İki sahil” xəbər verir ki, qurultayda məktubu Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev oxuyub.

***

Bakıda, Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı başlayıb.

“İki sahil” xəbər verir ki, Qurultayın say, mandat komissiyası seçilir

***

Bu gün Bakıda, Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı keçiriləcək.

“İki sahil” xəbər verir ki, Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.

Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.

Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Qeyd edək ki, hazırda Mətbuat Şurasının sədri Əflatun Amaşovdur.