Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, ərazi şöbə və bölmələri ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 40 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, qanunsuz dövriyyədən 6 kiloqramdan artıq güclü təsiredici narkotik maddə heroin aşkar olunaraq gotürülüb.
Bu şəxslərdən biri- Oruc Həsənovdan 5 kiloqramdan artıq heroin aşkar edilib.
Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
Dövlət Komitəsinin sədri Rusiya Müsəmanları Ruhani İdarəsinin nümayəndəsi ilə görüşüb