2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan "İki sahil"ə verilən məlumata görə, bu günə qədər 4214 nəfər TTK almaq üçün müraciət edib.
Onlardan 1060 nəfərin müraciəti natamam olub. 661 nəfərin müraciəti emal mərhələsindədir. Həmçinin 351 nəfərin müraciətinə imtina cavabı verilib, 381 nəfərin müraciəti isə banka yönləndirlib.
2022-2023-cü tədris ilinin payız sessiyası üzrə 1761 nəfərə TTK verilib. Onlar arasından 592 nəfərin müraciəti sosial TTK, 1169 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
Dövlət Komitəsinin sədri Rusiya Müsəmanları Ruhani İdarəsinin nümayəndəsi ilə görüşüb