Lüksemburqda Avropa Həndbol Federasiyasının 16-cı konfransı və 15-ci konqresinə start verilib. Tədbirlərdə ölkəmizi Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edir.
AHF-dən "İki sahil"ə verilən məlumata görə, 3 gün davam edəcək tədbirlərdə Avropa qadın həndbolunun hazırkı durumu, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri, eyni zamanda, 2023-cü ildə qızlar arasında Avropa çempionatlarının təşkil olunacağı yerlərin seçilməsi və digər məsələlər müzakirə olunur.
Bununla yanaşı Avropa Həndbol Federasiyasının İcraiyyə Komitəsinin iclası da keçirilib. İclasda 2005-ci il təvəllüdlü qızlar arasında Avropa çempionatının 2023-cü ildə Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB