Mingəçevir Dövlət Dram Teatrında daxili nəzarət yoxlaması yekunlaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə teatrın direktoru Anar Quliyev məlumat verib.
Onun sözlərinə görə, hələlik nəticə haqqında məlumat yoxdur: “Müəyyən təftiş və sənəd yoxlama işləri aparıldı, hansı nəticəyə gələcəklərini bilmirəm. Yəqin, yaxın zamanlarda məlumat verilər”.