İstiot və şokolad... Bu iki dad arasında nə əlaqə var, deməyə tələsməyin. Türkiyənin Mərsin şəhərində şokolad mağazalarından birinin sahibi yeni istiotlu şokoladlar istehsal etməyə başlayıb.
Mağaza sahibi Dərya Akciyərin sözlərinə görə, uzun müddət yenilik axtarışında olub. Bununla bağlı araşdırmalar aparıb. Və nəhayət dünyanın hər tərəfində acı şokoladın çox sevildiyini görən Dərya bu cür məhsulu yerli ədviyyatlarla hazırlamağın mümkün olduğuna qərar verib və tərkibinə istiot əlavə olunmuş şokoladlar istehsal edib.
İstiotlu şokoladların müştərilər tərəfindən böyük maraqla qarşılandığını və bəyənildiyini deyən Dərya Akciyər xüsusilə acı yeməkləri çox sevən Şanlıurfa sakinlərinə bu cür şokoladlardan göndərməyə başladığını vurğulayıb.