26 sentyabr 2022 16:04
464

Emin restoranına xərclədiyi məbləği açıqladı

Xalq artisti Emin Ağalarov Moskvada bir restoranını açmaq üçün nə qədər vəsait xərclədiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, müğənni bu haqda "Kompaniya" jurnalına müsahibəsində danışıb.

"Layihənin başlanmasına orta hesabla 100-300 milyon rubl (2 937 365 – 8 812 096 AZN) pul ayırıram. Ümumiyyətlə, mən layihələrin sıfırdan açılmasının tərəfdarıyam - sən konsepsiyanı düşünürsən, ruhunu, gücünu qoyursan — bu, çox maraqlı prosesdir" deyə, Ağalarov qeyd edib.

Emin əlavə edib ki, bugünkü gündə Bakıda 10-dan çox restoranı fəaliyyət göstərir. O, həmçinin Dubayda da restoran biznesinə başlamaq istədiyini bildirib.