27 sentyabr 2022 09:16
333

Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən müharibəsinin ildönümü ilə əlaqədar şəhid ailələrinə başsağlığı verib.

“İki sahil” xəbər verir ki, bunu müdafiə naziri II Şəhidlər xiyabanını ziyarət edən zaman bildirib.

“Bu gün Azərbaycanda Anım Günüdür. Allah şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbr versin”, - Z.Həsənov qeyd edib.