27 sentyabr 2022 10:14
309

Dünya bazarlarında təbii qazın bahalaşması davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

“İki sahil” xəbər verir ki,  noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə, 1,78% artaraq, 7,152 ABŞ dolları təşkil edib.