27 sentyabr 2022 10:33
317

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti cüzi artıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,34% artaraq, 1 639 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,22% artaraq, 18,52 dollar təşkil edib.