27 sentyabr 2022 11:01
195

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin cari təmiri ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"İki sahil" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri "S.H. İnşaat Xidməti" və "Upsilon" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 2,657 milyon manat və 851 min manat, ümumilikdə isə 3,508 milyon manat ödəniləcək.