27 sentyabr 2022 11:07
316

Tokayev Rusiya vətəndaşlarının Qazaxıstana kütləvi axınına münasibət bildirib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səfərbərlik fonunda Rusiyadan ölkəyə gələnlərlə bağlı açıqlama verib.

"İki sahil" “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, o həmin şəxslərin təhlükəsizliyinin qeydinə qalınmalı olduğunu deyib.

“Son günlər Rusiyadan bizə çox adam gəlir. Onların çoxu yaranmış çıxılmaz vəziyyətlə bağlı bu addımı atıb. Onların təhlükəsizliyinin qeydinə qalmalı və təhlükəsizliyini təmin etməliyik. Bu həm siyasi, həm də humanitar məsələdir”.

Qazaxıstan lideri ölkəyə gələn Rusiya vətəndaşları ilə bağlı rəsmi Moskva ilə müzakirə aparacaqlarını da deyib.