27 sentyabr 2022 11:11
352

Regekampf Rumıniya millisində?

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniya millisini çalışdıra bilər.

"İki sahil" prosport.ro saytına istinadən xəbər verir ki,  mütəxəssis Rumıniya millisinin yeni baş məşqçisi vəzifəsinə namizədlər sırasındadır. Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun 5 namizədindən biri də "Neftçi"nin çalışdırıcısıdır. 

Millinin hazırkı baş məşqçisi Edvard İordanesku istefaya göndəriləcəyi təqdirdə  George Haci, Viktor Pitsurka, Kosmin Oleroyu, Dan Petresku və Regekampfdan birinin yeni baş məşqçi olacağı vurğulanıb.

Qeyd edək ki, Regekampfın "Neftçi" ilə müqaviləsi 2024-cü ilin yayı başa çatır.