27 sentyabr 2022 11:53
294

Bahar Muradova: Bütün sərhəd məntəqələrimizdə Azərbaycan bayrağı dalğalanacaq

"Əminəm ki, bütün sərhəd məntəqələrimizdə Azərbaycan bayrağı dalğalanacaq".

“İki sahil” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O xatırladıb ki, bu gün Azərbaycan torpaqları uğrunda canından keçən hərbçilərin anım günüdür: "Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar Azərbaycanın istiqlalı, ərazi bütövlüyü uğrunda canlarından keçdilər. Hər gün on minlərlə insan şəhidləri ziyarət edir. Xalqımız dövlətimizlə bir oldu, ölkə başçısının ətrafında sıx birləşərək düşmən başına ədalət yumruğu - "dəmir yumruq" endirildi. Əminəm ki, sərhədlərimizin bütün məntəqələrində Azərbaycan bayrağı dalğalanacaq"