27 sentyabr 2022 16:43
458

Nizami Kino Mərkəzində "Biz" filmi nümayiş olunub

Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı və Bakı Media Mərkəzinin dəstəyi ilə Nizami Kino Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, anım tədbirində Səbail RİH-nin başçısı Vüqar Zeynalov, deputat Nigar Arpadarai, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhid ailələri, müharibə veteranları, qazilər və rayon ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Vüqar Zeynalov 27 sentyabr tarixi Azərbaycanın qürur tarixi adlandırıb: "Məhz bu gün - 2020-ci ilin bu günü Azərbaycan özünün haqq savaşına başladı. Cənab Ali Baş Komandanın və müzəffər ordumuzun sayəsində haqq-ədaləti bərpa etdik".

Sonra çıxış edən Şəhid Murad Qurbanovun anası Mehriban Əmrahova Vətən uğrunda döyüşlərdə canından keçmiş şəhidlərin ailələrinə göstərilən dövlət qayğısından və diqqətdən söz açıb.

Çıxışlar bitdikdən sonra Bakı Media Mərkəzi tərəfindən hazırlanan, Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Biz" tarixi-sənədli filmi nümayiş olunub.