28 sentyabr 2022 12:00
451

Anar Kərimov Mexikoda Xocalı abidəsini ziyarət edib

Mədəniyyət naziri Anar Kərimov Mexikoda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Bu barədə "İki sahil"ə nazirlikdən məlumat verilib.

Nazir Mexiko şəhərinin Tlakskoake-Xocalı meydanında yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə baş çəkib.

Qeyd edək ki, Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti 28-30 sentyabr tarixlərində UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında ("Mondiacult 2022") iştirak məqsədilə Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində səfərdədir.

Xatırladaq ki, abidə Mexiko şəhərinin mərkəzində 2011-ci ildə Azərbaycan hökumətinin dəstəyi ilə ucaldılıb.