28 sentyabr 2022 15:41
458

Pivənin beyinə faydası sübut olundu

Gündə 2 qədəh pivə qocalıq əqli geriliyinin qarşısını ala bilər.

“İki sahil” xəbər verir ki, bu maraqlı nəticəyə Avstraliya alimləri gəlib. Onlar 25 min yaşı 60-dan yuxarı insanlar üzərində araşdırma aparıb.

Məlum olub ki, gündə 2 stəkan pivə içənlər heç içməyənlərə nisbətən qocalıq əqli geriliyi, demensiyadan 3 dəfə az əziyyət çəkiblər. Ən yüksək risk qrupunda heç alkoqol içməyənlər idi- 20% yüksək.

Alimlər bu qənaətə gəlib ki, alkoqol nə qədər sağlamlığa zərərli olsa da, ondan tam imtina beyinə elə də faydalı deyilmiş. Xüsusən pivə içən kişilər içməyənlərə nisbətən daha gec demensiya olur. Amma burda normanı gözləmək lazımdır. Gündə 2 stəkandan artıq pivə içmək olmaz.