FİFA Braziliya və Tunis komandaları arasında yoldaşlıq oyunundakı irqçiliklə bağlı araşdırmaya başlayıb.
“İki sahil” xəbər verir ki, Braziliyanın 5:1 hesablı qələbəsi ilə başa çatan matçda "sambaçılar"ın hücumçusu Rişarlisona qarşı irqçilik edilib. Forvard 19-cu dəqiqədə komandasının ikinci qolunu vurandan sonra ona banan atılıb.
FİFA u cür davranışları qəbul etmədiklərini diqqətə çatdırıb.