29 sentyabr 2022 09:57
386

UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a məhdudiyyət qoyub

UEFA "Qarabağ"a qarşı Avropa Liqasının qrup mərhələsinin III tur oyununda Yunanıstanın "Olimpiakos" komandasına azarkeşlərlə bağlı məhdudiyyət qoyub.

"İki sahil" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna fanatların Almaniya "Frayburq"una 0:3 hesabı ilə uduzduqları görüşdə pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

Pirey təmsilçisi bunun üçün 50 min avro məbləğində cərimələnib. UEFA-nın qərarına əsasən, "köhlən atlar"la görüşdə şimal tribunasına azarkeş buraxılmayacaq.

Bundan əlavə, "Olimpiakos" Frayburq"la qarşılaşmada ictimai keçidləri bağladığına görə daha 8 min avro ödəməli olacaq.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.