29 sentyabr 2022 11:18
405

Modriç bu oyunları buraxacaq

"Real"ın futbolçusu Luka Modriç Madrid klubunun qarşıdakı 2 oyununu buraxacaq.

"İki sahil" "AS"a istinadən xəbər verir ki, yarımmüdafiəçi Xorvatiya millisinin düşərgəsindən qayıtdıqdan sonra  bud əzələlərinin həddindən artıq gərilməsi səbəbindən ümumi qrupda məşq edə bilməyib. O, bir həftədən sonra komanda ilə tam məşqlərə qayıda biləcək.

Beləliklə, 37 yaşlı futbolçu La Liqada "Osasuna" (2 oktyabr) və  Çempionlar Liqasında "Şaxtyor" (Donetsk, 5 oktyabr) ilə oyunları buraxacaq. Ancaq "Xetafe" ilə (8 oktyabr) qarşılaşmaya kimi hazır olacaq.

Qeyd edək ki, Modriç bu mövsüm La Liqada 6 matçda meydana çıxıb və 1 qol vurub.