29 sentyabr 2022 11:54
289

"Qarabağ"ın rəqibi yeni qapıçı transfer edir

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" heyətinə yeni qapıçı cəlb etməyə yaxındır.

"İki sahil" Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Pirey təmsilçisinin qolkiperi Tomaş Vatslikin Çexiya millisinin düşərgəsində zədələnməsindən əvvəl klub yeni qapıçı almaq qərarına gəlib. "Olimpiakos" PAOK-dan bu yay azad agent kimi ayrılan Aleksandros Pasxalakisin transferini bitirmək üzrə olduğu vurğulanıb.33 yaşlı qapıçının artıq klubda tibbi müayinədən keçdiyi vurğulanıb.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.