29 sentyabr 2022 13:53
393

“OPEC+” hasilatın azaldılması məsələsini müzakirə etməyə başlayıb

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) üzvləri oktyabrın 5-də baş tutacaq görüş qabağı noyabr ayı üçün neft hasilatının azaldılması məsələsini müzakirə etməyə başlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"OPEC+" un aparıcı üzvləri alyansın oktyabrın 5-də keçiriləcək iclasında elan oluna biləcək neft hasilatının azaldılması ilə bağlı müzakirələrə başlayıblar”, - məlumatda qeyd olunub.