29 sentyabr 2022 14:17
394

Alimlər şəhidlərin xatirəsini yad ediblər FOTO

Vətən müharibəsinin ildönümünə və Anım Gününə həsr edilmiş silsilə tədbirlər çərcivəsində AMEA  Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Şəhidlər xiyabanına ziyarət yürüşü keçirib və şəhid ailələri ilə görüşüblər.

“İki sahil” xəbər verir ki,  “Zəfər səlnaməmizin şanlı tarixi” mövzusu ətrafında və qələbənin ildönümündə Azərbaycan xalqının qəhrəmanlıq tarixinə, eləcə də Vətən müharibəsinin yaratdığı yeni reallıqlara dair qənaətlərini bölüşmüşlər. XXI əsrdə Azərbaycan ordusunun dünya hərb tarixinə gətirdiyi yeniliklər haqqında fikirlər səsləndirilib. Ziyarətdə YAP İnstitut üzrə ərazi partiya təşkilatının sədri s.e.ü.f.d Sənan Həsənov, İnstitutun böyük elmi işçisi , Qarabağ müharibəsi iştirakçısı, kapitan Fikrət Nəbiyev, Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, Gənc Alimlər Şürasının sədri Tünzalə Musayeva  və digər alimlər iştirak etmişlər. Ziyarət xalq lider-birliyinin sarsılmzalığını və şəhidlərimizin qəhrəmanlığının bu birliyin əbədiliyini ifadə edən şüarlar və şəhidlərimizin ruhuna oxunan dualarla başa çatıb.