29 sentyabr 2022 17:25
474

Azərbaycanlı məşqçi "Qalatasaray"ın düşərgəsində

Azərbaycanlı məşqçi Aftandil Hacıyev "Qalatasaray"ın düşərgəsində təcrübədə olub.

“İki sahil” xəbər verir ki, səfər UEFA-nın Pro dərəcəsini yeniləmək məqsədilə təşkil olunan kurslar çərçivəsində baş tutub. Səfər zamanı A.Hacıyev "Qalatasaray"ın baş məşqçisi Okan Burakla görüşüb. 

Ona arxasında "Okan" yazılan Azərbaycan millisinin 7 nömrəli forması hədiyyə olunub.