29 sentyabr 2022 17:50
400

Rusiya üçtərəfli bəyanatın bütün müddəalarının icra edilməsinə tərəfdardır

“Rusiya üçtərəfli bəyanatın bütün müddəalarının icra edilməsinə tərəfdardır”.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

O, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının əhəmiyyətini nəzərə çatdırıb.

"Bu bəyanatlarda çox məsələlər nəzərdə tutulub. Bəyanatlarda həm nəzəri, həm də praktiki tərəflər, eləcə də baş verənlərin təsdiqi və gələcək planlar əksini tapıb", - Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.