30 sentyabr 2022 01:36
457

Zəfərimizi şərtləndirən amillər: Peşəkarlıq, qəhrəmanlıq, milli ruh

İkinci Qarabağ müharibəsində düşmən üzərində Qələbəni peşəkarlığı, rəşadəti, daim yüksək olan milli ruhunun qüdrəti ilə qazanan Silahlı Qüvvələrimizin hərbçiləri erməni faşizmini əbədilik məhv etdilər

İkinci Qarabağ müharibəsinin təcrübələri ilə bağlı araşdırmaların hələ də davam etməsi, xarici ölkələrin müxtəlif ali hərbi məktəblərində öyrənilməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu sahəsində islahatların Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə davam etdirməsinin nəticəsidir. Vətən müharibəsini Qələbə ilə başa çatdıran Azərbaycan Silahlı Qüvvələrimizin inamla addımlaması, düşməni vəlvələyə salan ən müasir texnikaların paytaxtımızda keçirilən Zəfər paradında nümayişi Prezident İlham Əliyevin «nəyi, necə və nə vaxt » həll olunacağı proqnozunun reallaşmasının məntiqi nəticəsi idi. 44 gün davam edən İkinci Qarabağ müharibəsində hər gün irəli gedən, Ermənistanın işğal altında saxladığı ərazilərdə yaratdığı istehkamları dağıdan rəşadətli ordumuzun əsgərləri, zabitləri dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayalara dırmaşa-dırmaşa Şuşaya daxil olaraq əlbəyaxa döyüşdə də düşməni məhv etdilər. Azərbaycan Bayrağı Şuşada dalğalandı. Bir gündə bir neçə kəndi işğaldan azad edən Milli Ordumuzun gücü qarsısında tab gətirməyərək ağ bayraq qaldıran Ermənistanın uzun illər yaratdığı «qüdrətli ordu mifi» darmadağın edildi. Erməni faşişmi, işğalçının onsuz da işə yaramayan hərbi texnikası, xeyli sayda canlı qüvvəsi məhv edildi.

Düşmənə qalib gəlmək, torpaqlarımızı azad etmək üçün güc toplanıldığını bəyan edən Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Qələbəni peşəkarlıq, qəhrəmanlıq , milli ruh hesabına qazanan oğullarımız bütün dünyaya bəyan etdilər ki, Azərbaycan yurd, torpaq uğrunda şəhid verməyə, ulularımızdan miras qalan qəhrəmanlıq ənənələrini davam etdirməyə hər an hazır olan igidlər məskənidir. Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən, müharibənin ilk günlərindən bir amal- Vətən uğrunda, doğma torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda döyüşə atılan igidlərimizin rəşadəti sayəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bir güllə atılmadan işğaldan azad olunan Kəlbəcərdə, Laçında, Ağdamda Azərbaycan Bayrağı dalğalandı. Döyüş meydanında olduğu kimi, siyasi müstəvidə, diplomatiyada, informasiya cəbhəsində də düşməni susduran, ordumuzun gücünə arxalanan, xalqına güvənən Ali Baş Komandan İlham Əliyev sərkərdəlik missiyasını ləyaqətlə yerinə yetirdi. Azərbaycanın tükənən səbri silaha çevrilib xalqımızın əzəmətini nümayiş etdirdi. Erməni faşizmini məhv etmək, qarşıya qoyulan məqsədə çatmaq üçün sona qədər gediləcəyini bəyan edən dövlət başçımız dəfələrlə düşmənə bildirirdi ki, Azərbaycana qarşı hərbi təxribatların qarşısı qətiyyətlə alınacaq, döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi namərdcəsinə atəşə məruz qoyan düşmənin nəsibi məğlubiyyətlər olacaq.
«İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu» sözləri ilə Birinci Qarabağ müharibəsindən sonra
güc toplayıb, ölkə iqtisadiyyatının, müdafiə qüdrətimizin möhkəmlənməsi üçün mövcud potensiallardan istifadə, diplomatik əlaqələrin artması, haqq işimizi daim dəstəkləyən, xalqımızla bir olan tərəfdaşlarımızın həmrəyliyi sayəsində Azərbaycan xalqı tarixi missiyasını yerinə yetirərək milli ləyaqətimizi bərpa etdi. Düşməni zəbt etdiyi torpaqlarımızdan itiqovan kimi qovaraq beynəlxalq hüququ da öz gücünə bərpa etdi. Separatçı «Dağlıq Qarabağ respublikası» ifadəsi bəzi beynəlxalq təşkilatların leksikonundan birdəfəlik silindi.

Amma murdar burnunu hər yerə soxmağa çalışan, donuza bənzəyən , bütün cəbhələrdə məğlub olmasına baxmayaraq faşist ideyalarının əsiri olan, qana həris Ermənistan hələ də təxribatlar törədir, döyüş mövqelərimizi atəşə tutur, mülki əhalini qətlə yetirir.

«Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq. Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq» sözləri ilə xalqa müraciət edən Ali Baş Komandan həmişə olduğu kimi, Vətən müharibəsində həmrəy olan xalqa, «Öldü var, döndü yox» devizi ilə daim irəli gedən, düşmənə sarsıdıcı zərbə vuran əsgər və zabitlərimizin döyüş qabiliyyətinə, iradəsinə, təcrübəsinə arxalandı. Bu birlik düşmən üzərində Qələbəmizin mənəvi gücünü artırdı. 30 il ərzində 5-6 xətdən ibarət qurulan müdafiə istehkamları bu birliyin gücü qarşısında tab gətirmədi, dağıdıldı, məhv edildi. Milli Ordumuzun hər bir əsgəri, zabiti dünyaya bir həqiqəti bəyan etdi: «Azərbaycan xalqı yenilməz, ədalətsizliklə heç vaxt barışmayan, torpaqları uğrunda qurban getməyə hazır olan ulularının layiqli davamçısıdır.»

44 gün davam edən Vətən müharibəsində 300-dən artıq şəhər və kəndin azad edilməsi yenilməz Azərbaycan xalqının milli iradəsinin, daim qələbəyə köklənən ruhunun, ləyaqətinin təntənəsi idi. Bu təntənənin müəllifləri Ali Baş Komandan İlham Əliyev və onun başçılıq etdiyi rəşadətli Silahlı Qüvvələrimizin döyüş hazırlığıdır. Ən çətin məqamlarda Azərbaycana dəstək göstərən, İkinci Qarabağ müharibəsinin ilk günlərində xalqımızla bir olan qardaş Türkiyə ilə birlik və həmrəyliliyimizin əbədi təsdiqi idi.

Müharibədən iki il keçməsinə baxmayaraq hələ də Azərbaycan Ordusunun döyüş bacarığı ilə bağlı xoş sözlər eşidilməkdədir. Beynəlxalq ictimaiyyət, qüdrətli dövlətlər tərəfindən Azərbaycanın regionda yaratdığı reallıqlar, Azərbaycan –Ermənistan münasibətlərində söz sahibi kimi ölkəmizin mövqeyi dəstəklənir.

Lakin hələ də daimi etibarlı sülhün imzalanmasına əngər yaradan, başqlarından təlimat gözləyən Ermənistanın faşizm təzahürləri davam edir.
«Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan «Dəmir yumruq”» yerindədir, bunu heç kim unutmasın!» söyləyən, bu günlərdə Füzulidə olarkən ilk şəhidlərimizin haqqa qovuşduğu ərazidə Anım Günü ilə bağlı çıxış edən, Milli Ordumuzun qəhrəmanlıqlarından bəhs Ali Baş Komandan İlham Əliyev onların qanının yerdə qalmayacağını, qisaslarının döyüş meydanında alınacağını bildirdi. O yerdə ki, Azərbaycan əsgəri, zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi.
Üçrəngli Bayrağımızın Şuşada dalğalanması naminə canını fəda edirdi.

Zəfər yürüşümüzün başlanğıcı olan, düşmənin müdafiə xəttinin yarıldığı ərazi xalqımızın qəhrəmanlıq salnaməmizin ilk səhifələri kimi əbədi xatırlanacaq, gələcək nəsillərə nümunə olacaq.

«Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq» söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, biz müstəqilliyimizin, ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Düşmənin baş qaldırmasına imkan verilməyəcək.

Bu ilin sentyabr ayının 12-dən 13-ə kecən gecədə Ermənistan silahlı birləşmələrinin sərhədə törətdiyi təxribatın qarşısını alan cəsur Azərbaycan əsgəri düşmənə layiq olduğu dərsi verdi. Xeyli texnika, döyüşavadanlığı, silah-sursat, canlı qüvvə itirən düşmənin müdafiə xətləri belə yerlə-yeksan edildi. Həmişə olduğu kimi, yenə də havadarlarına üz tutaraq tula payı dilənən, yardım istəyən Ermənistanın hərbi-siyasi rəhbərliyi bilməlidir ki, azərbaycanlılar heç vaxt qisası qiyamətə qoyan xalq deyil. Sülh sazişini imzalamasa, təxribatlarına son qoymasa üzləşdiyi «Qisas»ların sayı da artacaq. Hadrutda, Kəlbəcərdə yaradılan hərbi komando birləşmələri onların kabusu olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»