29 sentyabr 2022 23:00
432

İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir

İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetirmişdir Azərbaycan xalqı işğalla heç bir zaman barışmırdı və biz işğala son qoymaq üçün bütün gücünü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovd çıxarmışdı.

27 sentyabr şanlı zəfər tariximizin başlanğıc günü tarixə Anım Günü kimi düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhidlərimizin rhuna böyük ehtiram əlaməti olaraq Anım Gününü torpaqlarımızın erməni işğalından azad olunmasında İlk şəhidlər verildiyimiz Fizuli rayonunun kəndlərində qeyd etmişdir.

Ermənistan işğal dövründə öz ordusu haqqında, guya döyüşkən əsgərləri haqqında mifologiya uydururdu: “yenilməz Ermənistan ordusu”. Bəs hanı bu yenilməz Ermənistan ordusu? Pərən-pərən oldu İşğal etdikləri Azərbaycan torpaqlarında 30 il ərzində 5-6 səddən ibarət keçilməz adlandırdıqları Ohonesiyan səddini yenilməz Azərbaycan ordusunun qəhrəman əsgərləri erməni təcavüzünə son qoymaq üçün başladılan antiterror əməliyyatının ilk saatlarında birinci səddi yararaq erməni mifologiyasını süquta uğradaraq 44 günlük zəfər tariximizin ilk işartılarını yaratdılar.

Ölkə başçısı haqlı olaraq “Anım Günü”ndə öz çıxışında qeyd etdi ki, “44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq. Şəhidlərimizin şərəfinə bu abidə - bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın”

Vaxtı ilə Ermənistan bizi təkəbbürlə, yekəxanalıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox? Müzəffər Ali baş komandanın əmri ilə minlərlə, on minlərlə Azərbaycanın gənc əsgəri və zabiti sinəsini qabağa verərək düşmənə öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, o vəziyyətdən ermənilər əbədi olaraq çıxa bilməyəcək.

44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur.

Anım Günündə ölkə başçısı revanşist erməni millətçilərinə və onların himayədarı olan imperialist quvvələrədə xəbərdarlıq edərək öz mesajını verməyi də unutmadı. Ölkə başçısı çıxışında qey etdi ki, “Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.”

Ermənilərin törətdikləri təxribata cavab olaraq 13-14 sentyabr tarixində ordumuzun həyata keçirdiyi hərbi əməliyyat ölkə başçısını etdiyi bu xəbərdarlığın bariz nümunəsidir.

Biz inanırıq ki, 27 sentyabr tarixində ölkə başçısının verdiyi mesajdan erməni revanşistləri ciddi nəticə çıxararaq Azərbaycanın diktəsi əsasında Zəngəzur dəhlizinin açılmasına və tarixi Azərbaycan sərhədlərini 1920-ci il xəritələri əsasında tanıyacaqlarına məcbur ediləcəklərinə əminik.

Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın Azərbaycan xalqı! Yaşasın Ali Baş Komandanımızın tapşırığını istənilən yerdə, istənilən vaxt yerinə yetirməyə qadir olan rəşadətli Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Rafiq Nəcəfov,
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin Kadrlar şöbəsinin müdiri