Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşüblər.
“İki sahil” xəbər verir ki, Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Ülvi Mehdiyev onların səhhəti, müalicə prosesi ilə yaxından maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. Yaralılarımızın müraciətləri dinlənilib.
Diqqətə çatdırılıb ki, “YAŞAT” Fondu tərəfindən şəhid ailə üzvlərinin və yaralanlarının təminatına dəstək məqsədilə bir sıra işlər görülüb və tədbirlər bundan sonra da davam etdiriləcək.
Firudin Qurbanov: Bu gün Azərbaycanlı gənclər dövlət proqramı vasitəsilə nüfuzlu universitetlərdə təhsil alırlar
Nazir şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram