Bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şura üzvləri Binə qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunan Daxili Qoşunların hərbi qulluqçusu Tural Abdullayevin anım günündə iştirak edib.
"İki sahil" xəbər verir ki, İctimai Şura adından “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova anım gününə qatılıb.
Qeyd edək ki, Tural Abdullayev Vətən müharibəsi zamanı Murovdağda 7 saat vuruşaraq, silahdaşları ilə bərabər ermənilərin 6 döyüş mövqeyini və 400 nəfərədək canlı qüvvəsini tərk-silah edərək, verilən tapşırığı uğurla yerinə yetirib. Həmin döyüş tapşırığını yerinə yetirib geri dönərkən şəhid olub.
Tural ölümündən sonra bir neçə, habelə "Qarabağ" medalı ilə təltif edilib.
Firudin Qurbanov: Bu gün Azərbaycanlı gənclər dövlət proqramı vasitəsilə nüfuzlu universitetlərdə təhsil alırlar
Nazir şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram
Abşeron və Yasamalın bir sıra ərazilərində enerjinin verilişi müvəqqəti dayandırılacaq.