Masallı rayon Kəlbəhüseynli kəndində Vətən müharibəsi şəhidi Kənan Şahbazovun anım mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, Şəhidin şəhadətinin ildönümü ilə əlaqədar keçirilən mərasimdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov,Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, ağsaqqallar və partiya fəalları Şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Sonra şəhidin ailəsi ziyarət olunub onların qayğı və problemləri ilə marağlanılıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!
Firudin Qurbanov: Bu gün Azərbaycanlı gənclər dövlət proqramı vasitəsilə nüfuzlu universitetlərdə təhsil alırlar
Nazir şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram
Abşeron və Yasamalın bir sıra ərazilərində enerjinin verilişi müvəqqəti dayandırılacaq.