Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Sofiyada keçirilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi ərəb KİV-in diqqət mərkəzində olub.
“İki sahil” xəbər verir ki, AZƏRTAC və digər agentliklərin xəbərlərinə istinadla Misirin “Dustur”, Səudiyyə Ərəbistanının “Al Borsa”, Əlcəzairin “Şuruq” və “Əl Hərir”, habelə “Aawsat”, “Attaqa” portalları və “Al Arabia” telekanalının yaydığı materiallarda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Bolqarıstan Prezidenti Rumen Radev, Serbiya Prezidenti Aleksandar Vuçiç, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke, Bolqarıstan müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donev, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski və Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun icraçı direktoru Teodora Georgiyevanın çıxışlarında layihənin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətindən bəhs edilib.
Xəbərlərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev ötən il Azərbaycanın qaz ixracının təxminən 19 milyard kubmetr təşkil etdiyini, onun 8,2 milyard kubmetrinin Avropaya nəql olunduğunu söyləyib. O əlavə edib ki, bu il göstərilən rəqəm 22 milyard kubmetrə qədər artacaq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarının payına düşəcək. Eyni zamanda, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır.
Ərəb KİV-in materiallarında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəriciləri və səhmdarları barədə də məlumatlar yer alıb.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib