04 oktyabr 2022 15:07
328

"Qarabağ" Afinaya nə vaxt gedir?

Avropa Liqasının qrup mərhələsində "Olimpiakos"la qarşılaşacaq "Qarabağ" oktyabrın 5-də Afinaya yola düşəcək.

“İki sahil” xəbər verir ki, komanda Yunanıstan paytaxtına Bakıdan çarter reysi ilə yerli vaxtla saat 10:30-da yola düşəcək. Həmin gün Afinada Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı, axşam isə oyunun keçiriləcəyi "Karaiskakis" stadionunda məşqi olacaq.

Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı oktyabrın 6-sı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Matçdan dərhal sonra komanda Bakıya qayıdacaq.