04 oktyabr 2022 17:17
413

"Qarabağ" Avroliqanın ən yaxşısıdır - Bu göstəriciyə görə

UEFA Avropa Liqasının sosial şəbəkə hesabları turnirin qrup mərhələsində iştirak edən və formada olan ən yaxşı klubların siyahısını tərtib edib.

“İki sahil” xəbər verir ki, "TOP-10"da "Qarabağ" da qərarlaşıb. Yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən hazırlanan siyahıda Ağdam təmsilçisi 1-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi son 5 matçın 4-də qələbə qazanıb, 1-də uduzub. 

 "Qarabağ" son beş matçdan birincisində Avroliqada "Frayburq"a məğlub olub, növbəti 4 görüşdə isə "Sabah", "Nant" (Fransa), "Zirə" və "Neftçi"yə qalib gəlib.

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə "Olimpiakos"a (Yunanıstan) qarşı keçiriləcək. Oktyabrın 6-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.