Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərində müvəqqəti komendant saatı tətbiq ediləcək.
Saat 20:00-dan 6:00-a qədər olacaq komendant saatı oktyabrın 4-dən qüvvəyə minir.
“İki sahil” xəbər verir ki, bu barədə şəhər hakimiyyəti məlumat verib.
“Göstərilən vaxtda şəhər daxilində hərəkət qadağandır”, - deyə məlumatda qeyd edilib.
Atom elektrik stansiyası və istilik elektrik stansiyasının növbədə olan işçiləri şəhərdə hərəkət zamanı üzərlərində şəxsiyyət vəsiqəsi və xüsusi buraxılış vərəqəsi saxlamalıdırlar.