04 oktyabr 2022 17:23
335

Bakı Limanı ilə Asiya ölkələrinə daşınan avtomobillərin sayı 3,4 dəfə artıb

Azərbaycandan tranzit olaraq Mərkəzi Asiya ölkələrinə daşınan nəqliyyat vasitələrinin sayı 3,4 dəfə artıb.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Limanından bildirilib. Məlumata görə, ötən ilin yanvar-avqust aylarında Avropadan Mərkəzi Asiya ölkələrinə Bakı limanı vasitəsilə 2416 çox minik avtomobili danışıbsa, bu ilin eyni dövründə bu rəqəm 8 295 təşkil edib. Tranzit danışan nəqliyyat vasitələrinin böyük hissəsi əsasən lüks avtomobillərdir. Bildirilib ki, Bakı Limanı vasitəsilə Türkmənistan və Qazaxıstan limanlarına ilin sonuna kimi danışan minik avtomobillərinin sayı daha çox artacaq.

Qeyd edək ki, minik avtomobilləri Bakı Limanının Ro-ro terminalı ilə yanaşı, bərə terminalı vasitəsilə də daşınır.