Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub.
“İki sahil” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri və görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, başlanğıcını Bərdə şəhərindən götürən bu avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, dörd hərəkət zolağından ibarətdir.
Məlumat verildi ki, yol boyu 4 körpünün, o cümlədən 3 yolüstü piyada keçidinin inşası nəzərdə tutulur. Həmçinin avtomobil yolunda 29 avtobus dayanacağı tikilir. Onlardan 14-nün inşası tamamlanıb.
Qeyd edildi ki, layihə üzrə torpaq işləri başa çatdırılıb, ümumi iş həcminin 75 faizi icra olunub.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib