Daha bir Vətən Müharibəsi iştirakçısı Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub.
“İki sahil” xəbər verir ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş Nəriman Zamanov KOBİA-nın Tovuz şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib. O “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Qeyd edək ki, bundan əvvəl də bir neçə Vətən Müharibəsi iştirakçısı KOBİA-da işlə təmin edilib.
Bu ilin yanvar-avqust ayları ərzində 238 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
Azərbaycan Metrologiya İnstitutunun əməkdaşlarına "Tərəqqi" medalları təqdim edilib