06 oktyabr 2022 15:55
449

Messinin qolu ÇL-də ən yaxşı seçildi -  VİDEO

Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.

"İki sahil" UEFA-nın saytına istinadən xəbər verir ki, PSJ-nin futbolçusu Lionel Messinin "Benfika" ilə matçda (1:1) vurduğu qol ən yaxşı seçilib. 35 yaşlı hücumçu görüşün 22-ci dəqiqəsində fərqlənib. 

Həmin qolun videosunu təqdim edirik: