Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən "Böyük iyirmilik" ölkələri parlament sədrlərinin 8-ci sammiti çərçivəsində bir sıra görüşlər keçirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən xəbərə görə, parlamentlərarası İttifaqın Prezidenti Duarte Paçeko, İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Puan Maharani, Avstraliya Nümayəndələr Palatasının spikeri Milton Dik, Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratiuk və Kamboca parlament nümayəndə heyətinin rəhbəri Suos Yara ilə görüşlərdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın qarşısında duran vəzifələr haqqında geniş məlumat verilib.
Görüşlərdə ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlıq, parlament təşkilatları ilə əlaqələrin genişləndirilməsi mövzularında da fikir mübadiləsi aparılıb.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib