10 oktyabr 2022 11:45
558

Kiyevdə partlayışlarda 5 nəfər ölüb, 12 nəfər yaralanıb - VİDEO

Kiyevin mərkəzinə raket hücumu nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Geraşenko bildirib.

Kiyevlə yanaşı, Ukraynanın Lvov və Dnepr şəhərləri də raket hücumlarına məruz qalıb.

***

Kiyevin mərkəzində bir neçə partlayış olub.

"İki sahil" Tsn.ua-ya istinadən xəbər verir ki, Kiyevin mərkəzində yerləşən Şevçenko rayonunda ardıcıl bir neçə partlayış olub.

Şəhər meri Vitali Kliçko bütün dövlət xidmətlərinin ərazidə çalışdığını, detalların açıqlanacağını deyib. Hadisə şahidləri yollarda avtomobillərin yandığını bildirib.

Fövqəladə Hallar üzrə Ukrayna Dövlət Xidməti hadisə zamanı ölənlərin və yaralananların olduğunu deyib.